Mobil versiya
Bağçada uşağı təhqir edən tərbiyəçi qovuldu, müdirə töhmət verildi - RƏSMİ
Tarix: 03-06-2019 | Saat: 17:32
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bağçada uşağı təhqir edən tərbiyəçi qovuldu, müdirə töhmət verildi


Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında qeydə alınan video geniş müzakirələrə səbəb olub. Videonun rezonans doğurmasının səbəbi müəllimə tərəfindən çəkilməsi və valideynlərin "WhatsApp" qrupuna səhvən atılmasıdır. Videoda müəllimənin şəkil çəkməsinə mane olan qızcığaz təhqir olunur.


Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq bağçasında müəllimənin uşaqları təhqir etməsini əks etdirən video yayıldıqdan sonra məsələ araşdırılıb:


“Hadisədən sonra Zığ qəsəbəsi 331 saylı bağçada 3 ildir çalışan tərbiyəçi Lalə Novruzova işdən azad olunub. Bağçanın müdirinə töhmət verilib”.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024