Mobil versiya
Yol polisinin bu hərəkətinə görə vətəndaş nazirə məktub yazdı - VİDEO
Tarix: 03-06-2019 | Saat: 11:26
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yol polisinin bu hərəkətinə görə vətəndaş nazirə məktub yazdı




Bakı şəhər sakini Asif Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda polis əməkdaşlarına ürək sözlərini bildirir. Məktubu qısa ixtisarla nəzərinizə çatdırırıq: “Mayın 1-də azyaşlı nəvəm qəfil yıxılıb aldığı zədədən komaya düşdü. Dərhal uşaqla birlikdə avtomobilimlə xəstəxanaya yollandıq. Xətai rayonunun M.Hadi küçəsində yolda tıxaca düşdük. Vaxt getdikcə həyəcanım artırdı. Başqa çıxış yolum olmadığından həmin ərazidə 99-YP-292 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşına yaxınlaşıb vəziyyəti ona izah etdim, təcili xəstəxanaya çatmaq üçün kömək istədim. Sonradan adlarının Anar İbişov və Elçin Vəlibəyov olduğunu öyrəndiyim polis əməkdaşları bizi öz xidməti avtomobillərinə əyləşdirərək 6 saylı uşaq klinik xəstəxanasına çatdırdılar. A.İbişov uşağı qucağına alaraq həkimə yetirdi.
Həkimlər müayinədən sonra bildirdilər ki, uşağın sağ qalması an məsələsi olub. Yəni bir az geciksəydik...
Mən Yol Patrul Xidmətinin əməkdaşlarının bu hərəkətlərini əsl qəhrəmanlıq adlandırıram. Çünki onlar bizi vaxtında xəstəxanaya çatdırmasaydılar uşağı itirə bilərdik. Nəvəmi ailəmizə yenidən bəxş etdiklərinə görə onlar bizim gözümüzdə böyük xilaskar və qəhrəmandırlar”.
Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır. O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları Anar İbişov və Elçin Vəlibəyova təşəkkürünü bildirir.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024