Mobil versiya
“Vahid Ələkbərov Azərbaycana can yandıran olsaydı...” - Deputatlardan milyarderə fərqli YANAŞMA
Tarix: 31-05-2019 | Saat: 16:36
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

“Vahid Ələkbərov Azərbaycana can yandıran olsaydı...”


Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır. Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.

Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun adı rəsmi milyarderlər sırasında yer alır. 1950-ci ildə Bakıda doğulan Vahid Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovnadır.


Əmək fəaliyyətinə neft və qaz hasilatı üzrə operator kimi başlayan Vahid Ələkbərov vaxtilə SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. SSRİ dağılandan sonra Rusiyada öz biznesibi quran cənab Ələkbərov Rusiyada ilk neft konsernini yaradan iş adamıdır. O, 1993-cü ildən "LUKoyl" şirkətinə rəhbərlik edir. Sərvəti 20 milyard dolları ötən Vahid Ələkbərov hazırda Rusiyada ilk “beşlik”də yer alan milyarderlərdəndir.


İş adamının doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşidək... Millət vəkilləri onu necə tanıyırlar?


Milli Məclisin üzvü Fəzail Ağamalı Modern.az-a bildirdi ki, Vahid Ələkbərovu ara-sıra mətbuatda haqqında yayımlanan materiallar sayəsində tanıyır. O, V. Ələkbərovun azərbaycanlılara diqqət göstərib-göstərmədiyindən, Azərbaycanın problemlərinin həlli ilə bağlı yaşadığı ölkədə hansısa addımlar atmağından xəbərsizdir:


“Vahid Ələkbərov Azərbaycana can yandıran olsaydı, bu məsələ mediada da işıqlandırılardı. Yəqin ki, onun bu istiqamətdə hər hansı əməli olmayıb və ya bu mediada işıqlandırılacaq dərəcədə əhəmiyyətli hesab edilməyib.

Bəzən iddia edirlər ki, Rusiyada ya da digər xarici ölkələrdə yaşayan azərbaycanlı biznesmenlərin Azərbaycana o qədər də xeyri dəymir. Əslində bu sözdə həqiqət var. Baxın, erməni diasporu dünya miqyasında Ermənistanın, ermənilərin yaşadığı problemləri həll etməkdə mahirdir. Həm maliyyə, həm himayəçilik, həm də təşkilati baxımından erməni diasporu, ermənilərin varlı nümayəndələri kifayət qədər aktivdirlər. Bununla kifayətlənməyərək, diasporun pulu ilə dünya miqyasında emrəni lobbisi yaradırlar. Onların mütəşəkkil fəaliyyəti nəticəsində erməni məsələsi həmişə gündəmdə qalır.

Tarix boyu apardıqları bu siyasətin nəticəsidir ki, Qafqazın sakini olmayan ermənilər Cənubi Qafqazda öz dövlətlərini yarada biliblər. Azərbaycanın bugünkü iş adamlarının isə demək olar, heç biri ölkəmizin dövlət və milli maraqlarına dəstək olan addımlar atmırlar. Azərbaycan onların maddi dəstəyinə ehtiyac duymur. Sadəcə yaşadıqları, fəaliyyət göstərdikləri ölkələrdəki azərbaycanlıların bir araya gətirilməsinə çalışmalı, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizə aparmalıdırlar”.



Həmkarından fərqli olaraq, deputat Vahid Əhmədov “LUKoil” prezidenti ilə şəxsən tanış olduğunu vurğulayıb. O qeyd edib ki, V. Ələkbərovla baş nazirin birinci müavini olanda da görüşüb:


“O cümlədən 1993-cü ildə mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra “LUKoil”la müqaviləni də mən və Vahid Ələkbərov imzalamışdıq. O, kifayət qədər təcrübəli, Azərbaycanla əlaqəsi olan insandır. Onun dövlət başçısı ilə də çox yaxşı münasibətləri var. Müstəqilliyin ilk illərində, xüsusilə, “Əsrin müqaviləsi” imzalanandan sonra burada bir çox işlərə sərmayə yatırdı, köməklik etdi. Onun müsbət insan kimi tanıyıram. Bu yaxınlarda da Bakıda idi, tədbirlərin birində görüşdük. Onun fəaliyyətini yüksək qiymətləndirirəm”.


Vahid Əhmədov biznesmenlərin Azərbaycana yaxından kömək etmədiyi haqqında şikayətləri də eşitdiyini diqqətə çatdırıb:


“Bu fikirlərlə də müəyyən qədər razıyam. Amma Vahid Ələkbərov nə qədər olmasa, öz azərbaycanlımızdır və mən onunla fəxr edirəm ki, Rusiyanın böyük bir şirkətinə rəhbərlik edir.

Nəzərə almalıyıq ki, Rusiyanın özünün xarici siyasəti var və kimliyindən aslılı olmayaraq, heç kim o çərçivədən kənara çıxa bilmir. “İmperiya siyasəti” də mövcuddur, MDB üzərindən əskik olmur. Ona görə də digər biznesmenlər kimi, Vahid Ələkbərov da Rusiyanın Konstitusiyası üzərindən hərəkət edir, buna məcburdur. Amma hesab edirəm ki, müstəqilliyin ilk illərində gördüyü işlər danılmazdır”.


Deputat Fərəc Quliyevin də Vahid Ələkbərovla şəxsi tanışlığı yoxdur. F. Quliyev azərbaycanlı milyarderi sadəcə Rusiyada fəaliyyət göstərən, soydaşımız olan iş adamı kimi tanıyır, vəssalam:


“Azərbaycana xeyri və ya ziyanı dəyibmi, azərbaycanlıları nə dərəcədə himayə edib, köməklik göstərir - bu barədə məlumatım yoxdur. Dediyim kimi, onu Rusiyada fəaliyyət göstərən, azərbaycanlı biznesmen olaraq tanıyıram”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024