Mobil versiya
Mayorun şəhid olmasına Milli Məclis etiraz etməlidir – Deputatdan ÇAĞIRIŞ
Tarix: 31-05-2019, 13:13 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Mayorun şəhid olmasına Milli Məclis etiraz etməlidir


“Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub”.

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə deyib.



Çingiz Qənizadə bildirib ki, bu məsələyə parlamet səviyyəsində etiraz edilməlidir



“Bu o vaxta təsadüf edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadır. Bir mayorun, bir komandirin xidməti üçün Azərbaycan dövləti nə qədər əziyyət və xərc çəkib. Bizim atəşkəs elan etdiyimiz dövrdə yenə də komandirlərimiz ermənilər tərəfindən qətlə yetirilir. Baxmayaraq ki, hər iki tərəfin razılaşmasına əsasən snyaperlərdən atəş açmaq qadağan olunub, düşmən tərəfi yenə də öz mənfur işini görür. Bir mayorun şəhid olması Azərbaycan büdcəsi qədər önəmli hadisədir. Çox istərdim ki, Milli Məclis ATƏT-in Minsk qrupu həmsdərlərinə bir daha çağırış etsin. Bu hadisəni törədənlər, onun günahkarları cəzalanmalıdır”.

Deputat bildirib ki, dinc şəraitdə və atəşkəs rejimində yenə də zabitlərimiz snayperlər vasitəsilə qətlə yetirilir.



“Qax rayonunda qəhrəmanımız dəfn olunub. Allahdan ona rəhmət diləyir və ailəsinə baş sağlığı verirəm”.



Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb: “Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndələrinə tapşırılacaq ki, bu məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.



Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.


Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.


aia.az



5139 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930