Mobil versiya
Polşa Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Tarix: 31-05-2019 | Saat: 12:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

Polşa Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

Modern.az bildirir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024