Mobil versiya
Gürcüstanlı deputatlar Saakaşvilinin qayıdışından danışdılar - İki REAKSİYA
Tarix: 31-05-2019 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Gürcüstanlı deputatlar Saakaşvilinin qayıdışından danışdılar


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynaya qayıdıb.

Bu qayıdış Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin Saakaşvilinin ləğv edilmiş pasportunun bərpası barədə qərar verməsindən sonra gerçəkləşib.

Zelenskinin Saakaşvili barəsində verdiyi qərar Gürcüstan hakimiyyətində etirazla qarşılanıb. Hətta Mixail Saakaşvilinin Gürcüstana deport olunmasını tələb ediblər.

Xatırladaq ki, Mixail Saakaşvili eks-prezident Petro Poroşenkonun vaxtında bir müddət Ukraynanın Oddesa vilayətinin qubernatoru vəzifəsini tutub.

Maraqlıdır, qalmaqallı Saakaşvili Ukraynada hər hansı vəzifəyə təyinat ala bilərmi?

Onun əvvəllər Gürcüstanda lideri olduğu Vahid Milli Hərəkat Partiyası işini necə quracaq?

Saakaşvilinin Ukraynaya qayıtması Gürcüstan hökumətini niyə narahat edir?


Modern.az saytı Saakaşvili məsələsinə münasibət öyrənməyə çalışıb.


Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat, Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov Saakaşvilinin Ukrayna üçün heç bir təhlükə yaratmadığını bildirib:

“Saakaşvili Ukrayna üçün təhlükə deyil. Saakaşvili Ukrayna üçün gələcək deməkdir. Saakaşvili oliqarxlar üçün təhlükədir, sadə vətəndaşlar üçün yox. Poroşenkonun yıxılmasının səbəbi də Saakaşvilidir. O, hər zaman oliqarx sisteminə, haqsızlığa qarşı çıxıb. Bu gün Saakaşvilinin Ukraynada partiyası var. Partiya fikrini açıqlayıb. Zelenskinin partiyası ilə birləşib parlament seçkilərinə qatılacaqlar”.

Azər Süleymanov Saakaşvilinin vəzifə iddiasından da söz açıb:


“Saakaşvilinin Ukrayna dövlətində hansısa vəzifəyə getmək niyyəti yoxdur. Yalnız bir niyyəti var ki, o da Ukrayna dövlətinə kömək etmək və ölkəni krizisdən çıxartaqdan ibarətdir.

Bu gün Gürcüstan hakimiyyəti şokdadır. Ukrayna hökumətinin Saakaşvilini geri qaytarması ilə bağlı tələsik qərar verdiklərinə görə Gürcüstan dövləti narahatdır. Gürcüstan hakimiyyətinin Saakaşvili barəsində qərara etirazına Ukraynanın siyasət adamları konkret mövqe sərgiləyiblər: “Gürcüstan hakimiyyəti öz işi ilə məşğul olsun və Ukraynanın daxili işlərinə qarışmasın”.
Hakim “Gürcü arzusu” partiyası kriminal rejimlə bir yerdə neçə gecədir ki, özlərinə yer tapa bilmirlər. Saakaşvilinin Ukraynaya qayıtması onun tezliklə Gürcüstana gəlməsi deməkdir”.

Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev isə tamam fərqli düşündüyünü deyib:

“Saakaşvilinin Ukraynaya dönməsi heç nə demək deyil. Onun sadəcə vətəndaşlığını Ukraynanın yeni prezidenti qaytardı. Gürcüstan prokurorluğu onun cinayət işləri ilə bağlı ölkəmizə ekstradisiya olunmasını Ukrayna tərəfindən tələb edir. İnanıram ki, hər bir insan kimi Saakaşvili də qanun qarşısında cavab verəcək. 7-8 ildir “Saakaşvili ümidi” ilə yaşayanları anlamıram. Hər bir dövlət xadiminə xalqı tərəfindən verilən bir zaman var. Onun üçün zaman bitib”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024