Mobil versiya
Mehriban Əliyeva Xalq artistinə maşın bağışladı
Tarix: 31-05-2019 | Saat: 10:41
Bölmə:Karusel / Aia TV | çapa göndər

Mehriban Əliyeva Xalq artistinə maşın bağışladı



Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

Modern.az xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024