Mobil versiya
Bayram namazının vaxtı açıqlandı
Tarix: 30-05-2019 | Saat: 17:20
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) aia.az -a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə