Mobil versiya
Lənkəran – radikal müxalifət alternativ mübarizə məkanı axtarışında
Tarix: 30-05-2019, 16:42 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-10 | çapa göndər

Lənkəran – radikal müxalifət alternativ mübarizə məkanı axtarışında




Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə qarşı düzənlənən “qara-piar” kampaniyalarının arxasında siyasi motivlər dura bilər

Ötən saylarımızdan birində dərc etdiyimiz materialda biz artıq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müəyyən qüvvələr tərəfindən keçirilən şər-böhtan kampaniyasına hədəf seçildiyi barədə müəyyən fikirlərimizlə bölüşmüşdük. Bu seçimin istənilən halda məqsədsiz və təsadüfi olmadığı birmənalı aydın olsa da, yenə də konkret məqsədlərin nədən ibarət olmasına dair müxtəlif mülahizələr yürüdülə bilər. Sözügedən materialda biz vurğulamışdıq ki, Taleh Qaraşovun öz çıxışlarında radikal müxalifətin və onların xarici havadarlarının təxribatçı əməllərinə, onların ölkəmizə qarşı apardıqları çoxsaylı böhtan, şər kampaniyalarına qarşı sərt etirazlarını ifadə etməsi bu gün artıq Lənkəran ŞİH başçısının özünü infotəxribatçıların hədəfinə çevirmişdir. Həmçinin biz qeyd etmişdik ki, icra başçısına qarşı bu informativ hücumlar əksər hallarda məhz onun radikal müxalifətə qarşı tənqidi çıxışlarının intensivləşməsi ilə eyni vaxta təsadüf edir. Bu vəziyyət isə öz növbəsində Taleh Qaraşova qarşı “qara-piar” kampaniyalarının hansı mənbələrdən qaynaqlandığına dair heç bir şübhə yeri qoymur. Təbii ki, biz bu mülahizənin radikal müxalifət tərəfindən bir dövlət məmuruna qarşı kampaniya açılmasının səbəbini izah edən amil kimi çıxış edə biləcəyinə qətiyyən şübhə etmirik. Xüsusən də Taleh Qaraşovun keçdiyi həyat yoluna nəzər saldıqda, bu insanın hər zaman dövlətçiliyimizə sədaqətlə xidmət etdiyinin və eyni zamanda da dövlətimizə qarşı çıxan qüvvələrə münasibətdə hər zaman barışmaz mövqelərdə durduğunun şahidi olduqda bu insanın niyə hədəfə alındığını anlamaq heç də çətin olmur.

Digər tərəfdən isə, Taleh Qaraşovun bilavasitə məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı kimi radikal müxalifətin hədəfinə tuş gəlməsi də mümkün versiyalardan biridir. Ehtimal etmək olar ki, paytaxt Bakıda öz mövqelərini getdikcə itirən radikallar daha sərbəst fəaliyyət üçün alternativ bölgə axtarışındadırlar. Əgər müəyyən coğrafi, iqtisadi və ya hər hansı digər parametrləri ilə cənub bölgəsi radikal müxalifətçilərin məskən salmaq istəyəcəkləri yeni məkan kimi seçilə bilərsə, bu zaman onların qarşısında dura biləcək ən ciddi qüvvələrdən biri də məhz Taleh Qaraşov olacaq. Şübhəsiz ki, radikallar da bu insanla heç bir halda heç bir separat razılığa gələ bilməyəcəklərinə əmindirlər. Bu isə o deməkdir ki, onu bir rəqib kimi mümkün qədər uzun müddətə neytrallaşdırmaq lazımdır. Belə bir məqamda başçıya qarşı düzənlənən “qara-piar” kampaniyaları da Taleh Qaraşovun “başını öz problemlərinə qatmaq”, icra başçısını nüfuzdan salmaq, bölgədə əhali və dövlət orqanları arasında narazılıqların olması barədə illyuziya yaratmaq və digər bu kimi məqsədlərə xidmət edə bilər. Bu məqsədlərdən istənilən birinə nail olacaqları təqdirdə müxalif qüvvələr cənub regionunda, konkret olaraq Lənkəranda çox böyük imkanlar əldə edə bilərlər. Bu isə öz növbəsində, bölgədə ictimai-siyasi stabilliyin pozulmasına, iqtisadi inkişafın ləngiməsinə zəmin yarada bilər. Bütün bunlara yol verməmək üçün isə, ilk növbədə ictimai sayıqlığı itirməmək və getdikcə güclənən informasiya mübarizəsində rəqib tərəflərin məqsəd və məramlarını düzgün qiymətləndirə bilmək çox vacibdir.

aia.az

Həsən Əsədov



5272 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031