Mobil versiya
XİN rəsmisi: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişilməz olaraq qalır
Tarix: 30-05-2019 | Saat: 13:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

XİN rəsmisi:


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların tam əvvəlindən bu günə qədər dəyişilməz olaraq qalır.

Trend-in məlumatına görə, bunu “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır: "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətinin prioritetlərindən birini təşkil edir".

L.Abdullayeva bildirib ki, ATƏT-in Nazirlər Şurasının iclasının qərarına əsasən, münaqişənin birbaşa iştirakçıları qismində Ermənistan və Azərbaycan təsbit olunub: "Bu gün Azərbaycanın ərazi bütövlüyü Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri tərəfindən tanınır. Hazırda aparılan danışıqların əsas məqsədi Azərbaycan torpaqlarını işğaldan azad etmək və didərgin düşmüş əhalini öz yurdlarına qaytarmaqdır. 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin həllində mərhələli yanaşmanın əsası qoyuldu. Bu yanaşma ATƏT-in qərarlarında da öz əksini tapıb".

XİN rəsmisi əlavə edib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli üzrə dövlət rəhbərləri və xarici işlər nazirləri səviyyəsində bir necə görüş baş tutub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024