Mobil versiya
Heydər Əliyev Fondu Horadizdə iftar süfrəsi açdı
Tarix: 30-05-2019 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

Heydər Əliyev Fondu Horadizdə iftar süfrəsi açdı


Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı münasibətilə Horadiz şəhərində iftar süfrəsi təşkil edilib. İftar süfrəsində şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarlari iştirak edib. İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən danışılıb, dualar edilib, şəhidlərin ruhu yad edilib. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizin milli-mənəvi həmrəyliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.


Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.


Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.


Rayon sakinləri Ramazan ayında təşkil olunan iftar süfrələrinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024