Mobil versiya
Bakı finalının qalibi "Çelsi" oldu! - VİDEO - YENİLƏNİB
Tarix: 30-05-2019 | Saat: 01:00
Bölmə:Manşet / İdman | çapa göndər

Bakı finalının qalibi "Çelsi" oldu!


Çelsi”-"Arsenal” oyunu yekunlaşdı. "Arsenal”ı 4:1 hesabı ilə məğlub edən "Çelsi” Avropa Liqasının qalibi oldu.

***

"Çelsi”nin oyunçusu Eden Azar 71-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vuraraq hesabı 4:1 edib.

***

Oyunun 69-cu dəqiqəsində "Arsenal” hesab arasındakı fərqi azaldıb. Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edib.

***

"Çelsi”-"Arsenal” oyununun 65-ci dəqiqəsində daha bir qol vuruldu. Modern.az xəbər verir ki, "Çelsi”nin hücumunun qarşısı kobud şəkildə alındığından "Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb.

***

"Çelsi” yenidən fərqlənib.

Modern.az xəbər verir ki, "Çelsi”nin oyunçusu Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi 2 topa çatdırıb.

***

"Çelsi” - "Arsenal” qarşılaşmasının ikinci hissəsində hesab açıldı.

Modern.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Oliviye Jiru "Çelsi”ni önə keçirbr.

***

"Çelsi" - "Arsenal" oyunu başladı.Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlir.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

***

Avropa Liqasının finalında Bakı Olimpiya Stadionunda bu gün saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu üçün heyətlər açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Çelsi":Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri

Ehtiyat oyunçular:Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran

"Arsenal":Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka

Ehtiyat oyunçular:Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka

aia.az

[media=https://www.youtube.com/watch?v=aBkNQk6UxG4]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024