Mobil versiya
Bakıda polis xarici vətəndaşın sənədlər olan cüzdanını taparaq qaytarıb
Tarix: 29-05-2019 | Saat: 17:43
Bölmə:Ölkə | çapa göndər

Bakıda polis xarici vətəndaşın sənədlər olan cüzdanını taparaq qaytarıb


Bakıda polis xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdanı taparaq sahibinə qaytarıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.

Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024