Mobil versiya
Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndiriləcək
Tarix: 29-05-2019 | Saat: 15:11
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndiriləcək


Mayın 29-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze ilə görüşüb.

DGK-dan aia.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq ildən-ilə bu münasibətlərin dərinləşdiyini və regionda həyata keçirilən birgə layihələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Gürcüstan və Azərbaycanın dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəlilədiklərini bildirən Komitə sədri, eyni zamanda, iki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

DGK sədri bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Lakin Səfər Mehdiyev bununla kifayətlənməməyin, Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın bütün sahələrdə, o cümlədən gömrük sferasında daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024