Mobil versiya
Rəsmi Bakı AvroLiqanın finalı HAQDA: “Təhlükəsizlik üçün bütün tədbirlər görülüb”
Tarix: 29-05-2019 | Saat: 09:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Rəsmi Bakı AvroLiqanın finalı HAQDA:


Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Avropa Liqasının oyunu ilə əlaqədar İtaliyanın aparıcı KİV-nə müsahibə verib.



Modern.az bildirir ki, H.Hacıyev ev sahibi olaraq Azərbaycanın bütün oyunçular, o cümlədən H.Mxitaryanın təhlükəsizliyinə təminat verdiyi halda H.Mxitaryan və "Arsenal" komandasının gəlməmək barədə qərar qəbul etdiyini deyib:

"Bu, onların öz qərarıdır, idmanın, o cümlədən futbolun siyasiləşdirilməsi və siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".

H.Hacıyev əlavə edib ki, futbol UEFA-nın üzv olduğu bütün ölkələrdə təbliğ olunmalı və inkişaf etdirilməlidir.



Bu baxımdan Bakıda keçirilən oyunun əhəmiyyətinə toxunan H.Hacıyev bildirib ki, bu oyun UEFA tarixində ən maraqlı oyunlardan biri olacaq və ölkəmizə gələn futbol həvəskarlarının təhlükəsizliyi və rahatlığı üçün bütün tədbirlər görülüb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandıran H.Hacıyev bu münaqişə ilə Bakıda keçirilən oyun və H.Mxitaryanın etnik mənşəyi arasında əlaqənin axtarılmasının tamamilə yanlış olduğunu deyib.

O bildirib ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və bu da açıq bir şəkildə özünü göstərir.



H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti haqqında məlumat verərək münaqişənin həll edilməsi və regionda sülhün təmin edilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.



Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında final görüşü keçiriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024