Mobil versiya
Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu
Tarix: 27-05-2019, 12:38 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu


Mayın 20-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.



Bu haqda aia.az-a DİN-dən bildirilib.



Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.



Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.


aia.az



568 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031