Mobil versiya
Nail Əzizov təhsillə yanaşı ADAU-nun idman tarixinə də töhfələr verir
Tarix: 27-05-2019 | Saat: 11:26
Bölmə:Təhsil | çapa göndər

Nail Əzizov təhsillə yanaşı ADAU-nun idman tarixinə də töhfələr verir




Azərbaycan Dövlət Aqrar Universiteti təkcə nümunəvi təhsil müəssisəsi kimi tanınmır. Azərbaycanın idman şərəfinin qorunmasında da universitetin tələbələri bir sıra uğurlara imza atıb. Belə tələbələrdən biri də baytrlıq təbabəti və zoomühəndislik fakültəsinin rus bölməsinin 1-ci kurs tələbəsi Nail Əzizovdur.

Nail ƏzizovGəncədə doğulub və idman dünyasına 8 yaşında qədəm qoyub. İdmanın taekvondo növü ilə məşğul olub. Bir müddət sonra yeniyetmələr arasında keçirilən yarışda 45 kiloqram çəkidə ikiqat respublika çempionu olub, beynəlxalq turnirlərə iştirak hüququ qazanıb. İdmanın poverliftinq növündə də idman həyatına uğur yaza bilib. Az sonra isə qaydasız döyüşə maraq göstərib və bu idman növündə gücünü sınayıb. Nəhayət gərgin və əziyyətli məşqlər bəhrsini verib. Beynəlxalq turnirlərin çempionu adına qədər şərəfli yol keçib. Özünün dediyi kimi ən böyük naaliyyəti isə Qafqaz və ikiqat pespublika çempionu olmağıdır.

Nailin daha böyük uğurlara imza atacağı günlər isə qabaqdadır. ADAU-nun həm təhsil, həm də idman şərəfinə töhfələr verən bu gəncin gələcək illərdə daha böyük uğur qazanacağına inanırıq.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024