Mobil versiya
“ Paytaxtın Baş Planı ilə bağlı layihə hazırdır” - Eldar Əzizov
Tarix: 24-05-2019, 12:24 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

“ Paytaxtın Baş Planı ilə bağlı layihə hazırdır”


Bakının Baş Planının yenidən hazırlanması üçün Azərbaycana böyük ekspert qrupu dəvət olunub. Hazırda ekspert qrupu layihə üzərində işləyir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

Eldar Əzizov deyib ki, Baş Planın Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. O bildirib ki, Bakının Baş Planı ilə bağlı layihə sənədi demək olar hazırdır, işlər tamamlanmaq üzrədir. Tam hazır olandan sonra ictimaiyyətə təqdim ediləcək. Bakının yeni Baş Planı olmalıdır. Bu, strateji bir hədəfdir.

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. (AzərTac)


aia.az



575 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930