Mobil versiya
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
Tarix: 24-05-2019 | Saat: 11:41
Bölmə:Ölkə | çapa göndər

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aia.az-a verilən məlumata görə, bu proqram çərçivəsində Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nazirlik tərəfindən inşa etdirilən 96 mənzilli yaşayış binasında da artıq son tamamlama işləri aparılır.

Yaşayış binasında sakinlərin rahat yaşayışı, asudə vaxtlarının təşkili, həmçinin əlilliyi olan sakinlərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün müasir tələblərə uyğun şərait yaradılır. Burada nasosxana binası da inşa edilib, qazanxananın tikintisi, su, kanalizasiya, qaz, elektrik, rabitə təchizatı işləri başa çatmaqdadır. Binanın həyətində abadlıq və yaşıllaşdırma işləri də nəzərdə tutulub. 3 bloklu,12 mərtəbəli binadakı mənzillərin 36-sı 1 otaqlı, 48-i 2 otaqlı, 12-si 3 otaqlıdır.

Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ötən il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, bu günədək isə 6654 mənzil təqdim edilib.

2019-cu ildə isə bu kateqoriyalara aid vətəndaşlara azı 800 mənzilin verilməsi nəzərdə tutulub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024