Mobil versiya
Leyla Əliyeva film təqdimatında - FOTO
Tarix: 24-05-2019 | Saat: 08:30
Bölmə:Manşet / Ölkə | çapa göndər

Leyla Əliyeva film təqdimatında



Nizami Kino Mərkəzində “Azanfilm” studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib.



aia.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.



Təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq gənc rəssam Məryəm Ələkbərlinin fransız yazıçısı Antuan de Sent-Ekzüperin məşhur “Balaca şahzadə” əsərinə həsr edilmiş 30-a yaxın rəsm əsərinin olduğunu və dünyanın bir çox nüfuzlu sərgi salonlarında bu əsərlərin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bu əsərlərin təsiri altında həmin bu animasiya filmi ərsəyə gəlib. Animasiya növü yaradıcı insanın xəyallarını canlandırmağa geniş imkanlar açır.



Məryəm Ələkbərlinin zəngin rəssamlıq dünyasından söhbət açan Xalq yazıçısı Elçin Əfəndiyev bildirib ki, animasiya filminin qəhrəmanı ilə Məryəmin mənəvi aləmi üst-üstə düşür. “Balaca şahzadə” dünya uşaq ədəbiyyatının klassik nümunəsidir. Bu filmin yaranmasının əsas səbəbi bu bağlılıq olub. Film üzərində çox istedadlı yaradıcı kollektiv çalışıb və ekran əsəri yeni texnologiyalar əsasında il yarım ərzində ərsəyə gəlib.



“Azanfilm” studiyasının direktoru Mansur Şəfiyev cizgi filmi barədə məlumat verib. Bildirib ki, cizgi filminin ideya müəllifi Xalq yazıçısı Elçin Əfəndiyev, prodüseri Müşfiq Hətəmov, rejissoru Arif Məhərrəmovdur. Filmin çəkilişlərində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Sirr” filminin materiallarından istifadə edilib.

Sonra animasiya filmi nümayiş olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024