Mobil versiya
Bu yaşdakı oğlanlara vacib - Məsləhətlər
Tarix: 17-01-2016, 14:19 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet2 / Karusel | çapa göndər

Bu yaşdakı oğlanlara vacib - Məsləhətlər


İndiki ağlım və 21 yaşım olsaydı, nələr edərdim? Təəssüflər olsun ki, bir çox məqamları başa düşmək üçün vaxt lazım olur insana. Bəzi şeyləri gec anlayırıq. Sən 21 yaşındasansa, bu tövsiyələr işinə yaraya bilər. Kaş 21 yaşım olanda bunları biləydim…

1. İnsanlarla əlaqə qurmaq istəyirsənsə, istiqanlı olmalısan. İnsanlarla yaxşı münasibət quraraq, işığa uçan həşəratlar kimi insanları özünə cəlb edə bilərsən.

2. Sağlam ol. Hər şeyin əvvəlində sağlamlıq dayanır. Xəyallarındakı o model qızı xəstə yatağında düşünmədiyinə əminəm. Mütləq idman elə. Sağlam qidalan.

3. Şən olmağın açarı nədir, bilirsən? Həyatı ciddiyə almamaq…

4. İnsanlarla mübahisə edəndə məntiqini işə sal. Əgər mübahisə zamanı məntiqli fikir səsləndirmirsənsə, yüz faiz nə danışdığını bilmirsən.

5. Təmkinini itirsən, mübahisədə uduzacaqsan. Təmkinini qoru. Əgər bir qadın səni qıcıqlandırmağı bacarırsa, qalib də o olacaq.

6. Bir qadını heç vaxt həyatının mərkəzinə qoyma. Yaxından tanımadığın qıza aşiq olma. Dostunun xalası qızı çox gözəl qızdır… Hmmm, nə olsun?

7. Tez-tez gülümsə. Hətta mümkünsə qızlara da gülümsə və göz təması qur.

8. Möhkəm ol. Qadınların bərk dayanmağı bacaran, nə istədiyini bilən kişilərdən xoşu gəlir. Əgər bir qadınla aranda nəsə olmağını istəyirsənsə, ondan güclü olmaq məcburiyyətindəsən. Qadınlar güclü kişilərin yanında, müdafiəyə ehtiyacı olan balaca qızcığaz kimi dayanmağı xoşlayırlar.

9. Əzgin kişilər qadınlar tərəfindən istifadə olunub atılırlar həmişə. Qadınlar kişinin bu cür olduğunu, köpək balığının qan qoxusunu bilməsi kimi hiss edirlər. Əgər bunun fərqinə vararlarsa, ya tərk edilərsən, ya da səni istifadə edərlər.

10. Hədəflər çox mühümdür. Hədəflərin sənə güc verəcək. Məsləhətim odur ki, məqsədlərini bir kağıza yax, hər il bunlardan bir neçəsini yerinə yetirməyə çalış.

11. Qadınlarla bağlı uğurların sirri hərəkət etməkdir. Qabağa düşməli, hərəkət etməlisən. Birinci addımı qarşı tərəfdən gözləsən, elə belə də qocalacaqsan. Çox düşünmə. Hərəkətə keç.

12. Hər gün səni qorxudan nəsə et. Bu özünəinamını artıracaq.

13. Qızlarla məzələn. Onu şahzadə hesab etmədiyini göstərmək üçün, onunla məzələnməlisən. Amma təbii ki, çatışmazlıqlarını üzünə vurub qəddarlıq etmə.

14. Başqalarının sənin haqqında nə fikirləşdiyini vecinə alma. Dünyanın ən uğurlu adamları başqalarının fikrini mühüm hesab etməyənlərdir. Ən uğursuz tiplər isə özünü başqalarının düşüncəsinə uyğunlaşdıranlardır.

15. Diqqətli ol. Vaxt itirmə. Əgər kimsə ürəyini sıxırsa, ona bunu açıqca söylə. Belə etsən daha çox hörmət qazanacaqsan.

16. Bir şey istəyirsənsə, get və al.

17. Peşmanlıq vaxt itkisidir. Əgər səhv eləsən, harada səhv elədiyini öyrən. Səhvlərin səni inkişaf etdirməlidir.

18. Seksual olmaqdan qorxma. Çöldə gəzərkən ona toxun. Göz təması yarat.

19. Əylən! Ən mühümü bu maddədir. Xoşbəxt olmadığın həyat, xərclənmiş həyatdır.



5527 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30