Mobil versiya
Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib
Tarix: 23-05-2019, 14:15 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib



"Təkcə 2017-ci ildə dünya üzrə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib". Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov bildirib.


S.Kazımov deyib ki, məişət zorakılığı uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:


“2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, 4-ü isə 2019-cu ilə keçirilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir. Məişət zorakılığına qarşı aparılan mübarizənin səmərəliliyi daha çox məhkəmə araşdırmalarının keyfiyyətini, zərərçəkmiş şəxslərin ədalətli məhkəmə hüququnun təmin edilməsi, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsindən çox asılıdır”.



Nazirlik rəsmisi qeyd edib ki, 2017-də Azərbayanda qadın hakimlərin sayı 12 faiz olubsa, 2018-ci ildə bu rəqəm 14.9 faiz təşkil edib:


“Onun sözlərinə görə, məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır:


“Qəbul edilən “Mediasiya haqqında" qanun ailə daxili münasibətlərin mediatorlar vasitəsilə tənzimlənməsi, mübahisələrin həllində mühüm əhəmiyyət kəsb edir. Məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailənin qorunması metodudur. Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanması metodologiyasına mənəvi zərərin əmsal kimi əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir”.


aia.az



567 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
27-07-2017, 13:49 Sabah hava necə olacaq?



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930