Mobil versiya
“Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq
Tarix: 23-05-2019, 12:18 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

“Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq


Bakı şəhəri və Ağdam rayonunda Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği məqsədilə seminarlar və ekuskursiyalar keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən 2019 – cu ilin iyun ayında Bakı şəhəri və Ağdam rayonunda "Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumat bazasının artırılmasına, mədəniyyətimizin bu sahəsinin təbliğinə və yaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Layihə yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliği və yaşadılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi məqsədini daşıyır. Bu məqsədlə gənclərə peşəkar ekspertlər tərəfindən seminarlar keçirləcək, əyani tanışlıq üçün onların muzeylərə ekskursiyaları və xalça istehsalı müəsissələrinə səfərləri təşkil olunacaq.

Hazırda ölkəmizdə xalçaçılıq sənətinin qorunub saxlanılması və təbliği istiqamətində bir sıra mühüm işlər görülür. Ancaq bu sahənin gənclərə tanıtımı istiqamətində bundan sonra da görüləcək işlər az deyil. Yetişməkdə olan gənc nəslin bu qədim sənət tarixinə bələdçiliyi, onların təkcə xalçalarımızın mahiyyətini başa düşüb sevməsinə yox, həm də bu əvəzsiz maddi - mənəvi sərvətlə fəxr etməsinə, onu yaşatmasına və dünyaya tanıtmasına yardımçı ola biləcək. Bütün bunları nəzərə alaraq layihənin məqsədinə çatmaq və mövcud problemin həllinə töhvə vermək üçün layihə çərçivəsində qeyd edilən şəhər və regionda yeniyetmə və gənclərə Azərbaycan Xalçaçılıq məktəbləri mövzusunda peşəkar ekspert tərəfindən seminarlar və ekskursiyalar təşkil ediləcəkdir.




aia.az



590 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930