Mobil versiya
Ziyafət Əsgərov: Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir
Tarix: 22-05-2019, 16:16 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ziyafət Əsgərov:


Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, gündəlikdəki məsələləri Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri bildirib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” məsələ qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.

Z.Əsgərov bildirib ki, Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlət olduğu üçün ölkəmizdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilir.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. Bildirilib ki, bu sənəd cari ilin 7 aprel tarixində Ər-Riyadda imzalanıb.

Fikir mübadiləsində deputatlar sazişin əhəmiyyətini yüksək dəyərləndiriblər.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə” məsələni şərh edən I vitse-spiker qeyd edib ki, dəyişiklik redaktə xarakterlidir, uyğunlaşdırma məqsədi daşıyır.

Komitədə baxılan qanun layihələri plenar iclasa tövsiyə olunub.

aia.az



577 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930