Mobil versiya
Növbədənkənar iclasların vaxtı dəqiqləşdi
Tarix: 22-05-2019, 11:32 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Növbədənkənar iclasların vaxtı dəqiqləşdi


Milli Məclisin (MM) iyun ayında keçiriləcək növbədənkənar iclaslarının vaxtı məlum olub.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə,istisna hal olmasa, iyun ayında iki növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur.

İlk növbədənkənar iclasın iyunun 11-də, ikinci və sonuncu növbədənkənar iclasın isə iyunun 28-də keçirilməsi gözlənilir.

Növbədənkənar iclaslarda "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci və üçüncü (sonuncu) oxunuşlarda, o cümlədən, "Aqrar sığorta haqqında” qanun layihəsinin ən azı ikinci oxunuşda müzakirəsi planlaşdırılır.

İclaslarda bir sıra qanun və məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi qərarlaşdırılır.

Sonuncu növbədənkənar iclasdan sonra millət vəkilləri yay tətilinə çıxacaq, bir də sentyabrın 15-də, növbəti payız sessiyasının komitə iclaslarının başlayacağı gün işə qayıdacaqlar.

Payız sessiyası oktyabrın 1-də başlayacaq.

aia.az



548 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930