Mobil versiya
REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
Tarix: 22-05-2019 | Saat: 10:17
Bölmə:Təhsil | çapa göndər

REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB





Gəncədə fəaliyyət göstərən universitetlər üzrə keçirilən Gəncə-Startap Günləri-2019 başa çatıb.

ASAN İNNOLAND, Startap Azərbaycan, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə Aqrar Universitetdə keçirilən Startap günləri çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “DiaDondurma” – diyetik (şəkərsiz) dondurma layihəsi yarışmanın qalibi olub.

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov layihənin qalibləri ilə görüşüb.

Görüşdə Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov, Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev də iştirak edib.

Qeyd edilib ki son dövrlər ölkəmizin bir çox yerində olduğu kimi Gəncə Dövlət Universitetində də innovasiya və startap mövzularına xüsusi diqqət ayrılır və bu sahənin inkişafı üçün mütəmadi olaraq təlimlər, seminarlar və yarışmalar təşkil olunur. Bu diqqətin nəticəsidir ki, yarışda iştirak edən Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət startap komandası müasir dövürdə ən geniş yayılmış xəstəliklərdən olan şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün“DiaDondurma” – diyetik (şəkərsiz) dondurma layihəsini təqdim edib və layihə1-ci yerə layiq görülüb.

Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirilib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin və daha çox tələbənin innovativ yaradıcılıqla məşğul olmasının zəruriliyini qeyd edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024