Mobil versiya
Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi
Tarix: 21-05-2019 | Saat: 17:25
Bölmə:Ölkə | çapa göndər

Ağdamda sel -


Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024