Mobil versiya
Qaraciyərdə bədxassəli şişlərə zərər verərək onun... - Uzman Dr. Ruslan Əsədov danışır
Tarix: 21-05-2019, 11:43 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Qaraciyərdə bədxassəli şişlərə zərər verərək onun... -


Baku Medical Plazanın Babək filialının İnvaziv Radioloqu - Uzman Dr. Ruslan Əsədov

Qaraciyərin birincili (qaraciyərdən əmələ gələn) və ikincili (metastaz, başqa orqandan gələn) bəd xassəli şişlərində lokal müalicə (ablasiya) metodları.

Qaraciyərin birincili və ikincili bəd xassəli şişlərində minimal invaziv lokal müalicələr son 20 ildə dünyada geniş yayılmış müalicə metodudur. Ölçüsü 3 sm və sayı 3-dən az olan qaraciyər kütlələrində, uyğun xəstələrdə minimal invaziv lokal müalicənin faydası açıq cərrahi əməliyyatla bənzərdir. Açıq əməliyyatdan üstünlükləri minimal invaziv olması və xəstənin xəstəxanada yatış müddətinin az olmasıdır. Bu müalicələr zamanı cərrahiyə kəsiyi olmadığı üçün xəstənin həyat tonusu daha yüksək olur və normal günlük həyat fəaliyyətinə daha tez qayıdır. Müalicə qərarı Onkoloq, Cərrah və İnvaziv Radioloq ixtisaslı həkimlərin xəstəyə daha uyğun və faydalı olacağını düşünərək ortaq qərarına əsasən verilməlidir.

Əməliyyat / işləm nədir?

“Tümör ablasiya” əməliyyatı cərrahi kəsik olmadan, dəri üzərindən radioloji görüntüləmə cihazları (Ultrasəs, Kompyuter Tomografiya) müşayiətində şişin içinə xüsusi iynələrlə girildikdən sonar dəyişik enerjilərlə şiş toxumasına zərər verən / yox edən əməliyyatdır. Bu əməliyyat uyğun olan hər şiş üçün icra edilə bilər. Bu əməliyyat üçün uyğunluq kriteriyaları: şişin yerləşmə yeri, ölçüsü və sayı ilə əlaqəlidir. İstifadə edilən enerjilər: RF (radyofrekans), mikrodalğa (MW), kriyoablasiya (dondurmaqla), elektrik axını (irreversible electroporotion) və lazer ola bilər. Qaraciyər şişlərində ən çox istifadə edilən, faydası isbatlanmış radyofrekans və mikrodalğa enerjiləridir. Ablasya əməliyyatı üçün lazım olan probu / iynəni tümörün (şişin) içinə uyğun bir şəkildə yerləşdirmək üçün ultrasəs (US) və ya kompyuter tomoqrafiya (KT) kimi görüntüləmə cihazlarından istifadə edilir.

Əməliyyat / işləm kim tərərfindən icra edilir?

Əməliyyat /işləm əməliyyatxanada İnvaziv Radioloq həkimi tərəfindən İnvaziv Radiologiya və Anesteziya komandası ilə birlikdə icra edilir.

Əməliyyat / işləm niyə edilir və nədir?

Qaraciyərdə bədxassəli şişlərə zərər verərək onun irəliləməsini dayandırmaq və ya yox etmək üçün icra edilir. Bunun sayəsində xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və yaşama müddətinin uzadılmasına çalışılır.

Bu cür əməliyyatdan / işləmdən imtina zamanı qarşılaşılacaq problemlər:

Belə halda qaraciyərdə olan bədxassəli tümörlər (şişlər) daha sürətlə böyüyüb xəstəliyin ağırlaşmasına və xəstənin yaşama müddətinin azalmasına səbəb ola bilər.

Əməliyyatın / işləmin alternativ yolu var?

Bu müalicəyə alternativ yollar cərrahi müdaxilə və ya sistemik kimya terapiyadır. Hər birinin öz riskləri və faydaları vardır.

Əməliyyatın / işləmin riskləri / ağırlaşmaları var?

Ağırlaşmalar işləm edilən hər 100 xəstədən 5-10-unda görülə bilər. İşləmə bağlı ölüm riski də mövcud olur və hər 1000 xəstədən 1-5-i itirilə bilər. (Məlumatlar elmi çalışmaların nəticələrinə əsaslanaraq verilmişdir).

Əməliyyatın / işləmin təxmini müddəti nə qədərdir?

İşləmin təxmini müddəti 1-2 saat arasındadır. Ancaq şişin sayı və yerləşmə yerindəki çətinliklərə bağlı olaraq bu müddət uzana bilər.

Əməliyyatda / işləmdə anesteziya (narkoz) olunur?

İşləm zamanı bir çox hallarda yerlı keyləşdirmə və sedasiya (səthi anesteziya) yetərli olmaqdadır. Xəstəyə bağlı səbəblərdən az da olsa zəruri hallarda xəstəyə intubasiya edilərək ümümi anesteziya da edilə bilər. Bu qərar anesteziya verən uzman həkimin rəyi ilə verilir.

Xəstəxanamızda qaraciyər bəd xassəli şişlərinin lokal ablasiya müalicəsində mikrodalğa (MW) sistemi istifadə edilir, uyğun xəstələrdə Ultrasəs və ya Kompyuter Tomografiya görüntüləmə müşayəti ilə əməliyyatlar icra edilməkdədir.

aia.az



590 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930