Mobil versiya
Azərbaycanda avtomobil parkı: Xəstəlik, ölüm mənbəyi… - “Leş maşınlar”ın axını
Tarix: 21-05-2019, 10:18 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda avtomobil parkı:




Gəlib çatdığımız zaman kəsiyi elmi-texniki inkişafla şərtlənsə də, insanlıara bu inkişafdan daha çox zərər yetirən məqamlar müşhidə olunur.

Hər gün üzə çıxan yeni xəstəliklər, ətraf aləmin bərbad hala salınması, milli-mənəvi deqredasiyalar, insan həyatının az qala toyuq həyatından ucuz olması, şouçuluq və s. kimi məsələlər... Bu siyahını eninə də, uzununa yüz dəfələrlə böyütmək olar.


Yuxarıda sadaladıqlarımız bütün dünyanın bəlasıdır. Ancaq bəzən buna bilərəkdən rəvac verən ölkələr də var, bunun qarşısını almaq istəyən ölkələr də...

Bu yazıda biz Azərbaycanın avtomobil bazasından söhbət açacağıq. Bəribaşdan bildirək, artıq Avropada dizel yanacağı ilə işləyən avtomobillərə, istifadə müddəti ötmüş maşınlara qadağalar tətbiq edilir.

Çünki bu tip avtomobillər ətraf mühiti daha çox məhv edir, xərçəng riskini yüksəldir, qəzalarda ölüm halları daha çox olu və s.


Bəli, dünyada olduğu kmi, ölkəmizdə də avtomobillərin sayı günü-gündən artır. Avtomobilləşmənin artmasının müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.


Bu məsələnin həllində ən önəmli addımlardan biri avtomobil parkının yenilənməsidir. Bununla bağlı dünyada tələblər sərtləşdirilir. Bəs, Azərbaycanda?


Ekspertlər hesab edirlər ki, bununla bağlı müəyyən addımlar atılsa da, yetərli deyil.

Belə ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq edilməyə başlanılıb.


1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürülür.

Bununla da Azərbaycana Avropa Birliyi ölkələrinin istehsalı üçün 2005, ABŞ istehsalı üçün 2004, Yaponiya, Çin istehsalı üçün 2011, Koreya istehsalı üçün 2006, Türkiyə istehsalı üçün isə 2009-cu ildən yuxarı maşınların gətirilməsinə icazə verilir.


Statistikalara nəzər salanda görürük ki, 2015-ci ildə ölkəyə 20801 yeni avtomobil alınmışdısa, bu rəqəm 2018-ci ildə 9782-ə düşüb.

İkinci əl avtomobillərin satış rəqəmlərinə baxdıqda isə bunun əksini müşahidə edirik. Belə ki, 2015-ci ildə 1475 satış olub, 2018-ci ildə bu rəqəm sürətlə artaraq 16495-ə çatıb.


Daha bir təhlükəli məsələ ölkəyə gətirilən dizellə işləyən avtomobillərdir. Son illər Avropa ölkələrində sağlamlığa ciddi zərər vurduğu əsas gətirilərək, dizel yanacağı ilə işləyən avtomobillərin istifadəsi ilə bağlı şərtlər ağırlaşdırılır. Bu da Avropa ölkələrində dizellə işləyən köhnə avtomobillərin qiymətinin kəskin düşməsinə gətirib. Avropada təbiət düşməni olaraq görülən bu avtobillər bizim kimi ölkərinin bazarına sürətlə gəlməyə başlayıb.


Bununla bağlı da statistikanı da nəzərinizə çatdırımaq istəyirik. 2018-ci ildə Azərbaycana 7845 avtomobil idxal olunub. Bu avtomobillərdən 40 faizinin orta idxal dəyəri cəmi 4,601 dollar təşkil edir ki, həmin qiymətə ancaq təhlükə mənbəyi olan “metal tullantı” almaq mümkündür.



Məsələ ilə bağlı Modern.az-a danışaq 106.3 radiosunda “Masterclass” verilişinin aparıcısı Raqif Raufoğlu deyib ki, hazırda xaricdən gətirilən maşınlar ölkədə təkrar bazarı köhnəldir.


“Çünki yeni avtomobillərin qiymətləri bahadır. Yeni avtomobillərin qiyməti bahadır deyə, biz təkrar köhnə avtomobillərə qayıdırıq. Yeni maşınlarla bağlı mütləq güzəştlər lazımdır ki, adamlar onu ala bilsinlər. Kredit şərtləri sərf eləmir deyə, hamı gedib köhnə avtomobil gətirməyə çalşır. O mənada avtomobil parkımız köhnəlməyə doğru gedir”.



R.Raufoğlu deyib ki, Azərbaycanın daxili bazarı yavaş-yavaş formalaşır.


“Bizdə daxili bazarı daha da yaxşı etmək üçün yeni avtomobillərə güzəşt etmək lazımdır. Misal üçün, Türkiyəni götürək. Türkiyənin daxili istehsalı var deyə, xaricdən gətirilən avtomobillərə ağır şərtlər qoya bilir. Amma bizim daxili bazarımız o səviyyədə deyil. Ölkədə istehsal olunan avtomobillərin sayı artsa və qiymət münasib olsa, bizdə də yerli bazar inkişaf edər.

2010-cu ilin “Renault Megane” maşınını 3000 avroya alıb gətiriblər, həmin maşının gömrük rüsumu 7500 manat edir. Ümumilikdə götürəndə maşının qiyməti 15-16 min manata çıxır. Nəticədə yenə köhnə maşın Azərbaycana daxil olur, bizim dizel də həmin maşınlara uyğun olmadığından dəyişiklik edilir və ekologiyaya zərər vurulur. İnsanların əlində bəlli məbləğdə - 10-15 min manat pul var, amma o pulu da aparıb köhnə maşına verirlər. Türkiyədə taksilərlə bağlı qanun var ki, maşının istehsal ilindən 5 il keçəndən sonra onu təhvil verib yenisini alır. Amma onlarda güzəştli şərtlər var və rahat ala bilirlər. Bizdə də çox ciddi addımlar atılmalıdır ki, köhnə parkı yığışdıraq”.


Ekspert deyib ki, Gürücüstandan gətirilən avtomobillərin çoxu qəzaya düşmüş maşınlar olur.


“Amerikadan suyun altında qalmış, qəzaya düşmüş maşınlar gətirilir Gürcüstana, orada 3 avtomobildən bir maşın yığılır. Gürcüstandan avtomobil almaq istəyənlər son dərəcə diqqətli olmalıdır, avtomobil alarkən mütləq etibar etdikləri mütəxəssislə getməlidirlər. Amerikanın “Carfax” sistemi var, bu saytda avtomobilin əvvəlki vəziyyəti haqda məlumat almaq mümkün olur. Bəzi maşınlar var ki, onların Azərbaycana gətirilməsi uyğun deyil. Biz Avropa regionu sayılırıq, Amerika üçün istehsal olunan maşınları gətirəndə sürücülər əziyyət çəkir. Rəsmi servislər həmin maşınlara uyğun detalları tapa bilmir”.


Müsahibimiz bildirib ki, hazırda dünyada elektrikli və hibrid avtomobillərə maraq yüksəkdir.


“Hibrid maşınlar həm sürücünün qənaət etməsi baxımından, həm də ekologiyaya az ziyan vurması ilə yaxşıdı. Azərbaycanda hökumət elektrikli avtomobillərin güzəştli şərtlərlə gətirilməsi ilə bağlı müəyyən addımlar atdı. Amma bir çox ölkələrdə o avtomobillərdən ümumiyyətlə vergi tutulmur. Bu kimi həvəsləndirici addımlar atılsa, Azərbaycanən avtomobil parkı da yenilənər. Şərtlər uyğun deyil deyə, gedib ili köhnə avtomobillər alırlar, bu da həm onların cibinə, həm də ekologiyaya ciddi ziyan vurur”.


Raqif Raufoğlu deyib ki, Amerikada bir neçə il bundan əvvəl “Volksvagen” avtomobilləri ilə bağlı qalmaqal yaşanıb:


“Həmin avtomobillər Avropaya qaytarıldı. Bu gün həmin maşınlar bizim kimi ölkələrin bazarlarına gətirilir. Həmin maşınlar gətirildikdə başqa bir problem ortaya çıxır. Ən böyük problem odur ki, biz “Avro 4” tələblərinə uyğun maşın istəyirik. Amma bizim yanacağımız o standartlara cavab vermədiyi üçün avtomobil sahibi gedir ustanın yanına, katalizatoru ləğv elətdirir, o da olur “Avro-2”. Bizdə bunu yoxlayan demək olar ki, yoxdur və yenə də ekologiyanı korlamağa davam edirik. Yəni bu qanun özü- özünü tamamlaya bilmir. Yanacağımız düzəlməlidir ki, biz də həmin “Avro-4” standartlarına uyğun avtomobilləri gətirib rahat sürək”.


Acınacaqlı durum odur ki, bu gün dünyanın istənilən ölkəsindən Gürcüstana el dili ilə desək “leş” maşınlar gətirilir. Və ondan da acınacaqlısı odur ki, insana qənim kəsilən bu avtomobillər Azərbaycana daşınır. Demək olar ki, belə avtomobillər Gürcüstandan Azərbaycana axır.


Ermənistan isə istehsal tarixi 7 ildən köhnə olan maşınları ölkəsinə buraxmır.


(Araşdırmaların ardı olacaq)

aia.az



587 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

27-06-2019
25-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930