Mobil versiya
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir
Tarix: 16-01-2016, 18:03 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanların icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir.

Yanvarın 16-da belə bir reyd DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "VAZ-2107" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilmişdir.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olmuşdur. O da məlum olmuşdur ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib.

Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilmişdir.Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir
Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkar edilmişdir



5436 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}