Mobil versiya
Ağdaşda musiqi ənənələrimizi yaşadanlar
Tarix: 20-05-2019, 11:37 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Təhsil / Seçilənlər-3 | çapa göndər

Ağdaşda musiqi ənənələrimizi yaşadanlar




1937-ci ildə açılmış şəhər Uşaq Musiqi Məktəbi bu günə qədər fasiləsiz fəaliyyət göstərir

Bu gün ölkəmizdə Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı davamlı olaraq əhatəli dövlət tədbirləri reallaşdırılır. Ölkə başçısı daima bu sahəyə xüsusi diqqət göstərir, müvafiq qurumlara musiqi və incəsənət təhsilinin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verir. O cümlədən incəsənətimizin inkişafında özünəməxsus rolu olmuş Ağdaşın mədəniyyət müəssisələri də bu yüksək dövlət qayğısından hər zaman bəhrələnirlər

Dövlət qayğısı inkişafın təməlidir



Ağdaşda mədəniyyət sahəsinin, incəsənət təhsilinin inkişafı ayrı-ayrı sənət fədailərinin səyləri nəticəsində hər zaman diqqət mərkəzində saxlanılıb. Bu gün isə bu sahəyə artıq dövlətimiz tərəfindən böyük qayğı göstərilir. Hazırda Ağdaşda rayon Tarix-diyarşünaslıq muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev Mərkəzi, Ləki qəsəbə Uşaq Musiqi Məktəbi, Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbi, Ağdaş Dövlət Rəsm Qalereyası və rayon Mədəniyyət Mərkəzi kimi mədəniyyət müəssisələri uğurla fəaliyyət göstərməkdədir. Qeyd etmək lazımdır ki, sadaladığımız bu mədəniyyət müəssisələrinin sırasında Ağdaş şəhər uşaq musiqi məktəbinin özünəməxsus yeri vardır. Rafiq müəllim İsgəndərovun rəhbərlik etdiyi Ağdaş şəhər uşaq musiqi məktəbi rayonda musiqi tədrisi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ağdaş şəhər Uşaq Musiqi Məktəbi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və köməyi ilə 1937-ci ildə açılmış və bu günə qədər fasiləsiz fəaliyyət göstərir. Məktəb ilk açılanda 2 otaqdan ibarət olub. Sonralar 5 otaqlı qədim yaşayış evinə, 1978-ci ildə isə nisbətən böyük olan, əvvəllər xəstəxana olmuş qədim bir binaya köçürülmüşdür.



2008-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi tapşırığı ilə və Heydər Əliyev fondunun vəsaiti hesabına şəhərin mərkəzində yeni musiqi məktəbinin əsası qoyulmuş, 2009-cu ilin iyun ayının 20-də məktəbin təntənəli açılışı olmuşdur. 3 mərtəbədən ibarət olan məktəbin 50 sinif otağı, 204 yerlik konsert zalı var. Məktəb bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.

Musiqi tədrisi yüksək səviyyədə təşkil olunub

Ağdaş şəhər musiqi məktəbində tar, kamança, fortepiano, qarmon və klarnet ixtisasları üzrə 530-a yaxın şagird təhsil alır. 132 nəfər orta ixtisas və ali təhsilli müəllim həmin şagirdlərə musiqinin sirlərini öyrədir. Məktəbdə ixtisas fənlərindən başqa solfecio, musiqi ədəbiyyatı, ümumi musiqi ədəbiyyatı, Azərbaycan xalq musiqi yaradıcılığı, xor, ansambl, ümumi fortepiano dərsləri də keçilir. Məktəb mütəmadi olaraq Respublika müsabiqələrində müvəffəqiyyətlə çıxış edir. Məktəbin xalq çalğı alətlərindən ibarət ansamblı və xor kollektivi rayonun bütün tədbirlərində iştirak edir. Məktəbdə fəaliyyət göstərən müəllimlərin hamısı Ağdaş musiqi məktəbininməzunlarıdır. Bundan başqa Respulikanın əməkdar artisti Munis Şərifov, görkəmli muğam ustası Ramiz Hacıyev də bu məktəbin məzunlarıdır.



Məktəb görkəmli kaman ustası Respublikanın xalq artisti “Şöhrət” və “İstiqlal” ordenli, Prezident təqaüdçüsü, vaxtilə Ağdaş şəhər Musiqi Məktəbinin məzunu olmuş Habil Əliyevin adını daşıyır. Eyni zamanda məktəbdə Habil Əliyev adına muzey də fəaliyyət göstərir.

Peşəkar incəsənət xadimi




Qeyd etməmək olmaz ki, bu gün Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin səmərəli fəaliyyəti, bu müəssisənin həqiqətən də rayonun ictimai-mədəni həyatında cərəyan edən hadisələrin mərkəzində yer alması eyni zamanda həm də məktəbin direktoru Rafiq İsgəndərovun səylərinin nəticəsidir. Rafiq müəllim peşəkar incəsənət xadimi, öz işini sevən bir pedaqoqdur. Demək olar ki, öz həyatını bütünlüklə mədəniyyətimizin, incəsənətimizin inkişafına həsr etmiş Rafiq İsgəndərovun tükənməz enerjisi, onun bu sahəyə vurğunluğu əhatəsində olan hər kəsə dərhal sirayət edir. Məhz bu səbəbdən də bu gün Ağdaş şəhər Uşaq Musiqi Məktəbində fəaliyyət göstərən musiqi kollektivləri sadəcə öz rayonlarında deyil, bütün ölkədə tanınır və sevilirlər. Əldə olunan uğurların əsas səbəbi də budur ki, tədrisin səviyyəsinin yüksəldilməsi, təlim prosesinə yeni metodoloji təlim üsullarının tətbiqi, tədris proqramlarının yerinə yetirilməsi, şagirdlərin repertuar seçimində milli dəyərlərin qorunması, dünya musiqi incilərinə yiyələnmək, ixtisas və fənnlərin tədrisi metodikasının təkmilləşdirilməsi kimi məsələləri də Rafiq İsgəndərov daim diqqət mərkəində saxlayır.




Bu gün milli mədəniyyətimizin və incəsənətimizin inkişafı və bütün dünyaya tanıdılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlərin nəticəsi olaraq, Azərbaycanın musiqi sədaları dünyanın ən mötəbər konsert salonlarından gəlir. Mədəniyyətimizin tanınma coğrafiyası getdikcə genişlənir, dövlətin uğurlu siyasəti, görülən işlər musiqi mədəniyyətimizin inkişafına xidmət edir. İnanırıq ki, Rafiq İsgəndərovun rəhbərliyi altında Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin həm müəllim, həm də şagird kollektivi bundan sonra da daha yüksək nəticələri ilə seçiləcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5166 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930