Mobil versiya
3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir”
Tarix: 20-05-2019, 09:47 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

3 ayda boşanmalar:


2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.



Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub. Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.



Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.



Boşanmaların səbəbləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunun sosial-iqtisadi səbəbləri var, lakin psixoloji amillər də burada rol oynayır.





Sosioloq Əhməd Qəşəmoğlu Modern.az saytına deyib ki, Azərbaycanda müasir ailə modelinin necə olacağı ilə bağlı fikir aydınlığı yoxdur.



“Hər bir ailənin qarşısında duran konkret bir məqsədi olmalıdır. Əsas buna fikir vermək lazımdır ki, ailədə kişi-qadın münasibəti necə qurulsun ki, ailə ahəngi yaransın. Kişinin mövqeyinin öndə olmaq söhbətindən əvvəl bu məsələyə aydınlıq gətirilməlidir. Əsas meyar ailədə ahəngin qorunmasıdır. Elə məsələ olar ki, orada kişinin daha çox öndə olmağı fayda verər, başqa bir ailədə isə qadının olmağı. Ailənin bir çox funksiyaları var. İlk növbədə insanların bir yerdə yaşaması üçün sosial bir institutdur. Hər bir ailə körpəni cəmiyyətə hazırlayan bir məktəbdir. Belə sadalayanda bir ailənin 10-15 ciddi funksiyası ortaya çıxır. Bu cür funksiyaları yerinə yetirəndə ailə modeli düzgün qurulmuş olur . Ailədə günahkar tərəf ahəngi kim pozursa odur. Yəni ailənin qarşısında duran vəzifələr hər kəsin şəxsi marağından ucada durmalıdır”.



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova düşünür ki, kişilər qadınlara qarşı fiziki zorakılıq tətbiq edirlər.

Onun sözlərinə görə, çox az hallarda qadınlara kişilərə qarşı zor tətbiq edirlər.



“Qadınların da törətdiyi zorakılığın da zəminini öyrənmək lazımdır. Uzun müddət zorakılığa məruz qalıb və yaxud özünü müdafiə xarakteri daşıyaraq bu addımı atıb - bu məsələnin görünməyən tərəflərindən biridir.

Mən ümumiyyətlə zorakılıq hallarını dəstəkləmirəm. Əksər hallarda görürsünüz ki,uzun müddətli zorakılığın təsiri nəticəsində belə qeyri-adekvat hərəkətlər baş verir...Onu da istintaq orqanları dəqiqləşdirir, araşdırır , yəni onların həyat tərzlərini ortaya çıxarır”.



M.Zeynalova qeyd edib ki, indi sosial rollar da dəyişib.



“Bəzi kişilər qadın, bəzi qadınlar da kişi rolunu ifadə edir, evə daha çox xərc gətirir, evin bütün yükünü götürür. Bu kimi hallar onları qadınlıqdan da çıxarır. Elələri var ki, qadın rolunu unudur”.



aia.az



549 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930