Mobil versiya
Zaur Darğallı Marneulinin yeni meri seçilib
Tarix: 20-05-2019, 09:25 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Zaur Darğallı Marneulinin yeni meri seçilib


Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun mer vəzifəsinə azərbaycanlı namizədi Zaur Darğallı qalib gəlib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Zaur Darğallının qələbəsi Marneulidə keçirilən növbədənkənar seçkisinin nəticələri hesablandıqdan sonra məlum olub.

Onun 78,6 faiz səs topladığı bildirilib.

Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrə rəhbərlik edib. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışıb. 2017-ci ildən isə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsini tutub.

aia.az



549 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930