Mobil versiya
Deputat Avtovağzaldakı ödənişlərə ETİRAZ ETDİ
Tarix: 17-05-2019, 13:07 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat Avtovağzaldakı ödənişlərə


Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib.

Modern.az xəbər verir ki, F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilir:

“Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”.

Fazil Mustafa Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəldib. O, eyni zamanda hərbi diktor Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: “Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.

aia.az



594 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930