Mobil versiya
Bakıda 1 milyon sahibsiz küçə iti varmış - DƏHŞƏTLİ STATİSTİKA
Tarix: 17-05-2019 | Saat: 09:53
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakıda 1 milyon sahibsiz küçə iti varmış -


Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin xarici şirkətlə birgə apardığı araşdırmaların nəticəsi açıqlanıb.

Mərkəzdən aia.az-a daxil olan məlumata görə, araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.

Monitorinq qrupunun üzvləri bildirib ki, təcili tədbir görülməzsə, sahibsiz küçə itləri Bakı sakinlərinin təhlükəsizliyi üçün böyük problemə çevriləcək. Bu səbəbdən də Mərkəz tərəfindən küçə itlərinin toplanması işləri sürətləndirilib, briqadaların sayının artırılması qərara alınıb.

Qeyd edək ki, "Toplan" briqadaları ərazilərə başçəkməni vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirirlər. Bütün montorinqlər aktlaşdırılır.

"Toplan" Mərkəzinin məqsədi paytaxtda sahibsiz itlərin sayının yerli və beynəlxalq qanunvericilik çərçivəsində, həmçinin xarici ölkələrin aparıcı təcrübəsi əsasında tənzimlənməsidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024