Mobil versiya
TƏLƏBƏLƏR İMTAHAN SESSİYASINDA TƏTBİQ EDİLƏCƏK GÜZƏŞTLƏR BARƏDƏ MƏLUMATLANDIRILIB
Tarix: 16-05-2019, 11:37 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

TƏLƏBƏLƏR İMTAHAN SESSİYASINDA TƏTBİQ EDİLƏCƏK GÜZƏŞTLƏR BARƏDƏ MƏLUMATLANDIRILIB




Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələri ilə görüşüb.

Tədbirdə həmçinin rektorun köməkçisi Elsevər Nağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev, İmtahan adminstrasiyasının rəhbəri Vasif Həsənov və Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov iştirak edib

Tədbiri açan rektor Yusif Yusibov bildirib ki, görüşün təşkilində məqsəd 2018-2019 tədris ilinin yaz semestri imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaq, həmçinin bu semestrdə tətbiq ediləcək əsaslı güzəştlər barədə tələbələri məlumatlandırmaqdır.

Yusif Yusibov bildirib ki, universitet üzrə hər tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyası tədris planlarında nəzərdə tutulan müddətdə keçirilir. Fakültələr tərəfindən imtahan qəbul ediləcək fənlər üzrə məsləhət saatlarının qrafiki tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır. Universitetdə imtahanlar fənlərin tədris xüsusiyyətindən asılı olaraq yazılı, kompüterdə test üsulu və qabiliyyət formasında qəbul edilir.

Məlumat verilib ki, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında (www.gdu.edu.az) elektron formada yerləşdirilib. Eyni zamanda test, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılıb.

Qeyd edilib ki, yaz və payız sessiyaları müddətində imtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası”, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə Təhsil nazirliyinə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və

sualların məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılıb.

Qiymətləndirmə prosesindən də danışan rektor Yusif Yusibov deyib ki, təhsilin hər iki səviyyəsində keçirilən test, yazılı və qabiliyyət imtahanlarında qiymətləndirmə çoxballı sistem əsasında aparılır. Yazılı (təhsil ixtisaslarında bəzi fənlərdən şifahi) imtahanların keçirilməsi üçün ixtisas kafedraları tərəfindən hər birində 5 sual olmaq şərti ilə 30 ədəd bilet hazırlanır, fakültə tədris-metodik şuralarında və kafedra iclaslarında müzakirə edilərək təsdiq edilir.

Test və yazılı imtahanlarla yanaşı yaradıcılıq tələb edən “Musiqi müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında bəzi fənlərdən imtahanlar qabiliyyət formasında keçirilir. Yazılı və qabiliyyət imtahanları üçün qabaqcadan hər biri 5 sualdan ibarət olmaq şərtilə kafedralar tərəfındən imtahan biletləri hazırlanır. Tələbələr qabiliyyət imtahanı zamanı ya yazılı, ya da biletdə göstərilmiş xüsusi normativləri yerinə yetirməklə imtahan verirlər. Tələbənin imtahandan topladığı ballarla semestr ərzində topladığı ballar cəmlənərək nəticəsi imtahan qəbul edilən gün müstəsna hallarda isə növbəti gün elan edilir.

Tələbələrə təyin olunan təqüdlərdə də danışan rektor Yusif Yusibov bildirib ki, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun olaraq semestr nəticələrinə görə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Bu zaman (ÜOMG)-si yüksək olan ödənişli əsaslara təhsil alan tələbələrə də təqaüd təyin edilir.

Həmçinin universitet tələbələrinin təhsilə marağını artırmaq məqsədi ilə semestr nəticələrinə əsasən fakültələrdə stimullaşdırıcı (məqsədli) təqaüdlər təsis edilərək xüsusi fəal tələbələrə verilmişdir.

Tədbirdə çıxış edən universitetin İmtahan aparatının rəhbəri Vasif Həsənov imtahanların texniki təşkili, keçirilməsi qaydası, həmçinin tələbələrin semestr imtahanlarında diqqət yetirilməsi vacib olan məsələlər haqqında gənclərə ətraflı məlumat verib.

aia.az



584 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}