Mobil versiya
İslamda at əti halal, eşşək əti haramdır - İLAHİYYATÇI
Tarix: 16-05-2019, 10:18 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

İslamda at əti halal, eşşək əti haramdır


İslam dinində mübahisə mövzularından biri də at və eşşək ətinin halal olub-olmaması ilə bağlıdır.

İslam alimlərinin bu məsələdə fikir ayrılıqları var.



Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyatçı Əhməd Niyazov Modern.az saytına deyib ki, İslam dinində eşşək ətinin istifadəsi qadağandır.



Bildirib ki, at ətinə gəldikdə isə, onun istifadəsi caizdir, ancaq xalq arasında “at əti haramdır” deyə bir anlayış var.



Səbəbi budur ki, o dövrdə at müharibə vasitəsi idi. Buna görə də at ətinin yeyilməsi xoş olmaz, məkruhdur. Amma “haramdır” deməyiblər.

İlahiyyatçı qeyd edib ki, o dövrdə atların sayının azalmaması və nəslinin kəsilməməsi üçün onlar yeyilmirdi.



“Ona görə də at ətinin kəsilməsini qadağan etmişdilər. Başqa ət məhsullarının istifadəsini uyğun görüblər. Ancaq Quran və sünnə məsələsinə gəldikdə isə Həzrəti Aişədən bir rəvayət var. O deyir: “Biz Məhəmməd peyğəmbərlə bir at kəsdik və yedik. Yəni peyğəmbər özü at əti kəsdirib və yeyib. At əti halaldır, caizdir, İslam dininə görə yemək olar. Lakin xalq arasında yeyilməsi haramdır anlayışı müəyyən bir tarixi səbəblərə görədir. O səbəblər indiki dövrümüzdə heç yoxdur”.



Ə.Niyazov söyləyib ki, at əti və eşşək əti məsələsi İslam dininin ümumi görüşüdür.


aia.az



568 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}