Mobil versiya
“29 May gecəsi Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq" - Deputat
Tarix: 15-05-2019 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

“29 May gecəsi Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq"


“Azərbaycan tarixinin ikinci müstəqillik dönəmində, son 28 ildə, xüsusilə, 1993-cü ilin iyun və 2003-cü ilin oktyabrından bu yana bir çox olmazları oldu edib, bir çox namümkünləri mümkünləşdirib. Bunu da edəcək, bunu da bacaraq, bu dəfə də öz istədiyinə nail olacaq. Bir çox çirkin, xəbis və murdar niyyətlilərin niyyətləri yenə baş tutmayacaq, öz başlarında çatlayacaq, arzuları çin olmayacaq, gözlərində qalacaq. Azərbaycan bir çox mötəbər və önəmli tədbirlərə, yarışlara uğurla ev sahibliyi etdiyi kimi, UEFA Avropa Liqasının final oyununa, “Arsenal”-“Çelsi” qarşılaşmasına da layiqincə ev sahibliyi edəcək, bu oyunun keçirilməsi və baş tutması üçün əlindən gələni əsirgəməyəcək, 29 may gecəsi Bakımızda, Azərbaycanımızda möhtəşəm bir gecə yaşanacaq, mənəvi gözəlllik baş verəcək”.



Modern.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.



O qeyd edib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) heç cür anlaşılmayan, izahı mümkün olmayan, başa düşülməyən və qəbul edilməyən tövsiyə xarakterli bəyanatı elə bəyanat, tövsiyə, söz yığını olaraq qalacaq.



Onun sözlərinə görə, bunun əksinin yaşanacağını düşünmək belə sadəlövhlükdür və gülünclükdür:



“Bildiyiniz kimi, xaricdəki bəzi dairələr hər zaman Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Bu, heç kimə də sirr deyil. Yəni, nə zaman ki, Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, bu qərəzli dairələr dərhal fəallaşmağa başlayırlar. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək.



Cənab prezidentin dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi qəbul olunur. Ölkəmizdə hər bir vətəndaşın, o cümlədən Azərbaycana gələn turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına uğurla ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula 1 Bakı Qran-Prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını qeyd edə bilərik. Yeri gəlmişkən, elə UEFA və FIFA bayrağı altında keçirilən görüşlərin də yüksək səviyyədə baş tutduğunu xatırlatmalıyıq. Məlumdur ki, bu günə qədər Bakı istər futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələdəki görüşlərinə, istərsə də UEFA Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunlarına ev sahibliyi edib və bu zaman təşkilatçılıq baxımından paytaxtımız heç də Avropanın digər şəhərlərindən geri qalmayıb.



Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbilər Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və bu kimi böyükmiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Odur ki, xarici anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qərəzli kampaniyası bu dəfə də heç bir nəticə verməyəcək. Böyük Britaniya Xarici İşlər Nazirliyi və bu mövzuda qərəzli açıqlama verən, idman hadisəsini siyasiləşdirərək Azərbaycan haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa və yanlış yönləndirməyə xidmət edən fikirlər səsləndirən qurum və şəxslərə ən gözəl cavabı yenə də Azərbaycan xalqı verəcək. Bakıda Avroliqanın finalı ən yüksək standartlara uyğun keçiriləcək, Bakımız, Azərbaycanımız daha bir möhtəşəm və ecazkar yarışa uğurla və layiqincə ev sahibliyi edəcək. Hər kəs buna əmin olsun”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024