Mobil versiya
Macarıstan Səfirliyinin diplomatı Mihay Qruber ADAU-da mütəxəssis hazırlığı ilə maraqlanıb - FOTOLAR
Tarix: 15-05-2019 | Saat: 14:59
Bölmə:Təhsil | çapa göndər

Macarıstan Səfirliyinin diplomatı Mihay Qruber  ADAU-da mütəxəssis hazırlığı ilə maraqlanıb


Macarıstan Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı və ikinci katibi Mihay Qruber Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində də olub, təhsil müəssisəsinin fəaliyyəti və aqrar sahəyə mütəxəssis hazırlığı ilə maraqlanıb.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov diplomata ölkənin kənd təsərrüfatı haqqında ətraflı məlumat verib. Daha sonra rektor tələbə kontingenti, müasir laboratoriyalar, yataqxana və digər maddi-texniki baza haqqında danışıb və bildirib ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsi demək olardı. Diplomat səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirib və Macarıstanda olan universitetlərlə ADAU arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib. Cənab Mihay Qruber həmçinin Macarıstan Təqaüd proqramları “ Stipendium Hanqaricum” haqqında geniş məlumat verib.

Görüşun sonunda diplomat universitetin yeni qurulan tədris-təcrübə təsərrüfatında, tədris korpsularında tədris və elmi-tədqiqat bazası, tələbə evi ilə tanış olub.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024