Mobil versiya
Nazir müavini: “Sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb”
Tarix: 15-05-2019, 12:20 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazir müavini:


"Özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bununla da özəl sektorun payının ÜDM-də 85 faizə, məşğulluqda isə 74 faizə çatmasına zəmin yaradılıb".



Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqunda çıxışı zamanı deyib.

S.Məmmədov qeyd edib ki, Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb:

“Qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günə qədər 36 minə qədər sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 milyard manat olan layihələr üçün 2,3 milyard manat güzəştli kredit verilib”.



Onun sözlərinə görə, maliyyələşən layihələrin 1 milyard manatı dövlət büdcəsindən ayrılmış vəsaitlər, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına formalaşıb:

“Son 3 ildə Sahibkarlığın İnkişafı Fonduna dövlət büdcəsindən maliyyələşmə ayrılmır. Bu da o deməkdir ki, real sektora qoyulan investiyalar nəticəsini verməkdədir. Bu tədbirlər ölkədə özəl sektorun formalaşmasına, ölkə iqtisadiyyatının lokomotivinə çevrilməsinə şərait yaradıb. Bu gün Azərbaycan iş adamlarının istehsal etdikləri məhsulları "Made in Azerbaijan" brendi ilə satılır, tanınır".

aia.az



556 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}