Mobil versiya
Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutuldu
Tarix: 15-05-2019, 10:53 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Polisdən ƏMƏLİYYAT:


İsmayıllı rayonunda aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

"Çöpçü Rauf”" ləqəbi ilə tanınan R.Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

aia.az



566 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
7-03-2016, 12:56 Messidən növbəti rekord



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}