Mobil versiya
Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yaydı
Tarix: 14-05-2019 | Saat: 17:19
Bölmə:Gündəm | çapa göndər

Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı məlumat yaydı


Mətbuat Şurası (MŞ) "Təzadlar” qəzeti ilə bağlı məlumat yayıb.

Şuranın katibliyindən Bakupost-a daxil olan məlumatda deyilir ki, MŞ-nın "Reket jurnalistika”ya qarşı mübarizə və Apellyasiya komissiyalarının bu il martın 1-də keçirilmiş birgə iclasının rəyinə əsasən, "Təzadlar” qəzetinin adı Şuranın "qara siyahı”sına daxil edilib.

Məlumatda bildirilib ki, bunun səbəbi "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə izah olunub: "Eyni zamanda, ona "qara siyahı”dan çıxmağın prosedurları barədə də məlumat verilib. Təəssüflər olsun ki, Asif Mərzili "Təzadlar” qəzetinin "qara siyahı”ya daxil edilməsini şərtləndirən nöqsanları aradan qaldırmaq, fəaliyyətində dönüş etmək əvəzinə fərqli yol seçib. O, Azərbaycan Mətbuat Şurasına və Şuranın İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmaqla məşğuldur. Asif Mərzili Mətbuat Şurası İdarə Heyətinin bəzi üzvlərini sərt tənqidə məruz qoyduğu halda, qurumun digər üzvlərinə belə demək mümkünsə, "separat danışıqlar” təklif edir, bir növ, ikitirəlik yaratmağa köklənir”.

Qeyd olunub ki, MŞ-nın Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) prinsiplərini düşünülmüş şəkildə, hansısa maraqlar naminə pozmuş KİV-lərə qarşı ictimai qınaq tədbirləri "xəbərdarlıq”, "ciddi xəbərdarlıq” və "qara siyahı”ya daxil etməkdir: ""Təzadlar” ilə bağlı hər 3 prosedur tətbiq olunub. Müxtəlif vaxtlarda yayımladığı və AJPDQ-nın prinsiplərini kəskin şəkildə pozulduğu məqalələrinə görə nəşrə xəbərdarlıqlar edilib. Əlbəttə, nəticə çıxarmadığı üçün onun adı "qara siyahı”dadır. Şuranın monitorinq qrupu "Təzadlar” qəzeti və Asif Mərzili barədə vətəndaşlardan, ayrı-ayrı idarələrdən daxil olmuş şikayətlər üzrə təqribən 30-a yaxın məqaləni təhlil edib. Bəlli olub ki, bu yazılarda ayrı-ayrılıqda ən yaxşı halda 30-a qədər səhv var və bu səhvlərin hər biri narazılıq üçün əsas verir. Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudur. Belə yanaşma AJPDQ-ya, ümumilikdə jurnalistika prinsiplərinə ziddir”.

Məlumatda o da bildirilib ki, hər bir neçə il öncə qəzetin adı "qara siyahı”ya daxil edilib, lakin 5 illik fasilədən sonra Mətbuat Şurası A. Mərzilinin xahişini nəzərə alaraq "Təzadlar”ın adını "qara siyahı”dan çıxardıb: "Həmin andan baş redaktor yenidən öz neqativ əməllərinə qayıdıb. Asif Mərzili və rəhbərlik etdiyi "Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır. Təsəvvür edin ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son bir il müddətində keçirdiyi bütün iclasların gündəliyində "Təzadlar” qəzetindən şikayətin müzakirəsi yer alıb. Şikayət doğuran materiallarda AJPDQ-nın balans prinsipinin pozulduğu müəyyən edilib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, "Təzadlar” qəzeti və "təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq olunub. O da müəyyən olunub ki, son vaxtlar "Təzadlar.az” saytı barədə MŞ-yə ünvanlanmış şikayətlər intensivləşib. Şikayət doğuran materiallarda AJPDQ-nın əksər prinsipləri pozulub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə