Mobil versiya
2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı
Tarix: 14-05-2019 | Saat: 13:01
Bölmə:Cəmiyyət | çapa göndər

2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı


Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

Trend-in məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hələlik fakta görə saxlanılan yoxdur.

Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024