Mobil versiya
Tanınmış Jurnalistə YENİ VƏZİFƏ verildi
Tarix: 14-05-2019, 13:00 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Tanınmış Jurnalistə


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub.

Bakupost xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.

Bu təyinata qədər Günel Gözəlova "Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, "Gənclər” redaksiyasının rəhbəri, "Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. "Bir inci xanım”, "Mübariz”, "Şahinlər”, "Hünərin gücü”, "İnibahn zirvəsi”, "İkinci həyat”, "Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

aia.az



573 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}