Mobil versiya
Deputat: “Biz çox yaxşı bilirik ki, belə qarayaxmaların arxasında…”
Tarix: 13-05-2019, 15:34 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Deputat:



"Bir çox beynəlxalq tədbirlərin, idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Dünya dövlətləri bu kimi tədbirlərə ev sahibliyi üçün bizi seçməkdə yanılmırlar. Ölkəmizə gələn turistlər, əcnəbilərin hər biri məmnunluqla dövlətlərinə qayıdırlar".
Bu barədə Modern.az-a deputat Cavid Osmanov danışıb. O, növbəti böyük beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələrin qarayaxma, şər və böhtanlarla çıxış etməsindən təəssüf duyduğunu dilə gətirib:

“ Bu dəfə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi başda olmaqla digər instansiyalar qarayaxma kampaniyasına başlayıblar ki, azarkeşləri Azərbaycana gəlməsinlər. Onların iddia etdiklərinə görə, guya ölkəmizdə təhlükəsizlik problemləri, soyğunçuluq, insan hüquqlarının pozulması halları baş verir. Amma biz çox yaxşı bilirik ki, belə qarayaxmaların arxasında erməni lobbisi, Azərbaycan prezidentinin yürütdüyü müstəqil xarici siyasətə qarşı çıxanlar dayanır. Anti-Azərbaycan qüvvələr deyirlər ki, guya ölkəmizə gəlib-getmək çox çətindir. Halbuki AZAL turnir ərəfəsində beynəlxalq uçuşlar üçün ən ucuz qiymətlər təklif etdi. Azarkeşlərin və idmançıların həm ölkəmizə gəlməsi, həm də Böyük Britaniyaya qayıtması üçün əlverişli şərait var. Otellərin baha olması ilə bağlı söz-söhbət yayılır. Amma Azərbaycanda 20-30 dollardan başlayaraq otellər təklif edilir. Bu otellərin hər biri xarici vətəndaşları qəbul etməyə hazırdır. Eyni zamanda, Azərbaycan əminamanlığına, sabitliyinə görə ön sıralardadır. Bəzi Qərb dövlətlərində belə insan hüquqları pozulur, Azərbaycanda isə belə hallar yoxdur. AvroLiqanın final məshələsinin Bakıda keçirilməsi turnir başlamazdan əvvəl məlum idi. Heç kim bilmirdi ki, Bakıda iki ingilis komandası üz-üzə gələcək".

Ötən il Avropa Liqasında Azərbaycanın "Qarabağ" klubu ilə eyni qrupda İngiltərənin "Çelsi" komandasının olduğunu xatırladan deputat diqqətə çatdırıb ki, həmin komanda üzvləri və azarkeşlər ölkəmizdən məmnunluq hissi ilə qayıtdılar:

"Azərbaycan 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə, 2015-ci ildə Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarına və son bir neçə ildir, "Formula 1" yarışlarına ev sahibliyi edib. Bütün bu beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilib, Bakıda heç bir əcnəbiyə qarşı soyğunçuluq, qarət olmayıb. Ölkəyə gələn azarkeşlər tam sərbəst şəkildə Bakını və regionları gəziblər və məmnunluqla ölkələrinə qayıdıblar. Maraqlısı odur ki, heç ölkəmizə finala gəlməyən ingilis klubu "Liverpul"un baş məşqçisi də məsələyə reaksiya verib. Bu göstərir ki, ona da hansısa qüvvələr diktə ediblər. Azərbaycan Avropa Liqasının final mərhələsini yüksək səviyyədə keçirəcək. Buna dövlətimiz tam təminat verir ki, heç bir insident baş verməyəcək. Hər kəs yaxşı bilir ki, ən çılğın azarkeşlər məhz ingilis azarkeşləridir. Heç bir ölkə ingilis azarkeşləri qəbul etmək istəmir. Azərbaycan isə bu məsələlərdə heç bir problem yaranmaması üçün əlindən gələni edib və əminəm ki, final mərhələsi yüksək səviyyədə keçiriləcək".

aia.az



571 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}