Mobil versiya
Popkorn satan oğlandan yeni XƏBƏR: Əmisinin yanında iş tapdı
Tarix: 10-05-2019, 17:55 | Saat: 15:47:00
Bölmə:Karusel / Təhsil | çapa göndər

Popkorn satan oğlandan yeni XƏBƏR:


Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deputat Rasim Musabəyovun keçiddə popkorn satdığına görə gündəmə gətirdiyi 17 yaşlı İsrafillə bağlı yeni məlumatı bölüşüb.

Modern.az-ın məlumatına görə, C.Valehov bir müddət əvvəl Azneft meydanının yaxınlığındakı keçiddə popkorn satışı ilə gündəmə gələn İsrafillə danışıb:
“Onun vəziyyətini soruşdum. Bildirdi ki, “hazırda əmisinin yanında çalışır”.
Təhsillə bağlı təklifə gəlincə, İsrafil yaxın müddətdə fikrini bildirəcəyini qeyd edib.

Qeyd edək ki, deputat Rasim Musabəyov mayın 7-də “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə bir uşağın popkorn satmasına etiraz edərək, onun vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü deyib və sosial şəbəkədə müvafiq qurumlara tədbir görmələri üçün çağırış edib.

Deputatın iradından sonra həmin oğlan popkorn aparatı ilə birlikdə yeraltı keçiddən uzaqlaşdırılıb.



5177 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930