Mobil versiya
Komitə: Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil
Tarix: 10-05-2019 | Saat: 17:39
Bölmə:Ölkə | çapa göndər

Komitə:


Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə əsasən, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır: "Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili öz əksini tapıb".

G.İsmayılovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək:

"Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə bağlı heç bir əlaqəsi yoxdur".

Komitə rəsmisi əlavə edib ki, Nazirlər Kabinetinin qəbiristanlıqlarla bağlı müvafiq qərarında Şəhidlər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024