Mobil versiya
ABŞ-da arvadını öldürən azərbaycanlı həbsdə intihar etdi
Tarix: 10-05-2019 | Saat: 13:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

ABŞ-da arvadını öldürən azərbaycanlı həbsdə intihar etdi


Bu ilin aprelində ABŞ-ın Viskonsin ştatında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev özünü öldürüb.


aia.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 31 yaşlı Paşayev mayın 6-da axşam saat 23:00 radələrində saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb.

Viskonsin-Dels şəhərinin polis departamentinin məlumatına görə, F. Paşayev kamerada tək saxlanılıb. Onun intihar etdiyi bildirilir.

Xatırladaq ki, T. Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.

Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.

Cütlüyün iki yaşlı qızı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024