Mobil versiya
“Nikol Paşinyan da bu yolun yolçusudur” - Deputatdan “Şuşadakı yallı”ya ETİRAZ
Tarix: 10-05-2019, 11:27 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

“Nikol Paşinyan da bu yolun yolçusudur” -


“Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşanın işğal gününün 27-ci ildönümü münasibətilə zəbt olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri beynəlxalq hüquq normalarına ziddir. Bu kimi məqamlar münaqişənin sülh yolu ilə həll olunmasına əngəl yaradır”.

Bu sözləri Modern.az-a açıqlamasında deputat Tahir Rzayev söyləyib. O qeyd edib ki, N.Paşinyan və ondan əvvəl hakimiyyətdə olan erməni rəhbərlər bu normaları dəfələrlə pozub, Qarabağa qanusuz səfərlər ediblər:

“Bu, onlar üçün adi haldır və erməni xalqı qarşısında millətçilik imici qazanmaq üçün vasitədir. Çünki 1988-ci ildən bu günə kimi Ermənistana rəhbərlik edənlər belə təcavüzkar əməlləri, millətçilik ideyaları ilə çıxış etmələri sayəsində vəzifələrini qoruyub saxlamağa nail olublar. Nikol Paşinyan da bu yolun yolçusudur. Təəssüf ki, Ermənistan rəhbərlərinin qanunsuz səfərlərinə beynəlxalq qurumlar, xüsusilə ATƏT-in Minsk qrupu tərəfindən uzun müddətdir, ciddi münasibət bildirilmir. Məhz bu laqeydlik münaqişənin həllini ləngidir. Gələcəkdə regionda sabitliyin pozulmasına, müharibənin daha geniş miqyasda yayılmasına şərait yaradır. Münaqişənin kəskinləşməməsi üçün beynəlxalq təşkilatlar belə hallara qarşı barışmaz mövqedə olmalıdırlar”.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan və keçmiş prezident Serj Sarkisyan da Qarabağa gəlib. Bundan 1 gün sonra mayın 9-da isə Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. N.Paşinyan Şuşada ermənilərlə rəqs edərək fotolarını paylaşıb.

aia.az



5187 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930