Mobil versiya
Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu
Tarix: 10-05-2019 | Saat: 09:24
Bölmə:İdman | çapa göndər

Bakıda ingilis dueli:


Futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib.

aia.az xəbər verir ki, İngiltərənin "Arsenal" komandası yarımfinalda İspaniya "Valensiya"sı ilə qarşılaşıb. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan "Arsenal" səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2.

Digər yarımfinal oyununda isə "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İlk oyunda da 1:1 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Amma əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında daha dəqiq olan "Çelsi" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Bununla da "Arsenal"ın rəqibi "Çelsi" oldu. Çempionlar liqasının ardınca Avropa Liqasının finalında da İngiltərə klublarının dueli olacaq.

Avropa Liqasının final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024